Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 06:30
"Doqquz il tibb oxumuşam, cərrah ginekoloqam".
Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova verilişlərin birində deyib.
Sənətçi tibb təhsili almasından, amma fəaliyyətini həkim kimi davam etdirməməsindən danışıb:
"Ailəm məni başqa sahəyə yönəltdi. Kimya, bialogiyanı yaxşı bildiyim üçün tibb akademiyasına qəbul oldum. Altı il oxudum, həkim oldum. Sonra iki il ginekoloq ixtisası üzrə, bir il isə dəri-zöhrəvi ixtisası üzrə təhsil aldım. Davam etsəydim, indi tanınmış həkim idim. İndi də həkim kimi məsləhətlər verə bilərəm. Fəaliyyətim o vaxtdan var. Amma incəsənət məni daha çox cəlb edirdi".