Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2024 06:36
Ukraynada istehkamların tikintisi çərçivəsində Kiyev yaxınlığında təxminən 10 min əjdaha dişi - zirehli texnikanın qarşısını almaq üçün konus formalı dəmir-beton bloklar quraşdırılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.
"İstehkamlar geniş xəndəklər, qazıntılar və digər növ sığınacaqlar sistemini təmin edir. Baraj xətləri - "əjdaha dişləri", tank əleyhinə xəndəklər və digər partlamayan maneələr quraşdırılır. Artıq 10 minə yaxın beton piramida quraşdırılıb, tank əleyhinə xəndək təchiz edilib", - məlumatda bildirilib.