Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 11:36
Bakı. Elnur Bağışov - Trend:
İran ordusunun quru qoşunları ölkənin şimal-qərbində hərbi təlimlərə başlayıb.
Trend-in məlumatına görə, hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, pilotsuz uçan aparatlar bölməsi, 321-ci hücum bölməsi iştirak edir.
Hərbi təlimlərə ordunun havadan müdafiə qüvvələrinin helikopterləri dəstək göstərir.
2 gün davam edəcək hərbi təlimlərdə müxtəlif döyüş taktikalarının keçiriləcəyi bildirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin