Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Neftçi”dən “Qarabağ”ın “gözünün odunu” alacaq açıqlama: “Bacaracağıq!”

“Neftçi”dən “Qarabağ”ın “gözünün odunu” alacaq açıqlama: “Bacaracağıq!”

Tarix: 2 Aprel 2024 01:50

Aprelin 2-3-də Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Çempion "Qarabağ" rəqib meydanında ölkə kubokunu muzeyinə aparmağı hədəf seçən "Neftçi"ni qəbul edəcək.

Milli.Az xəbər verir ki, məlum qarşılaşmadan öncə "ağ-qaralar"ın legioneri Andre Şinyaşiki sportinfo.az-a açıqlama verib.

Braziliyalı hücumçu ölkə çempionu ilə matçla bağlı inamlı danışıb:

"Güclü rəqibə qarşı oynayacağımız sirr deyil. "Qarabağ"ın avrokuboklardakı oyunları komandanın gücündən xəbər verir.

İndiki məqamda edə biləcəyimiz əsas şey əsl döyüşçülər kimi mübarizə aparmaqdır. Onlar özlərindən güclü rəqibləri məğlub ediblərsə, bunu biz niyə bacarmayaq?

Bacaracağıq! Meydanın hər qarışında son saniyəyə qədər mübarizə aparmalıyıq.

Komandamızın sürpriz edə biləcəyinə inanıram. Bəlkə də finala yüksələ bilməyəcəyimizi düşünənlər var. Amma mən bunu bacaracağımıza inanıram".

Aprelin 2-də "Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Neftçidən Qarabağın gözünün odunu alacaq açıqlama Bacaracağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ