Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Juninyo və Zubirdən sonra, o, da gedir

Juninyo və Zubirdən sonra, o, da gedir

Tarix: 2 Aprel 2024 10:10

"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia Fransaya geri dönə bilər.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, Liqa 1 klubları onunla yaxından maraqlanır.

Son zamanlar uğurlu çıxışı ilə yadda qalan "7 nömrə" Fransa klublarının marağına səbəb olub. Bəzi komandalar yayda onun transferi üçün "Qarabağ"la əlaqə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Lion "Olimpik"inin yetirməsi olan Yassin Benzia Fransada "Lill" və "Dijon"da da çıxış edib. 29 yaşlı futbolçunun "köhlən atlar"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Juninyo Zubirdən sonra o da gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ