Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın futbolçusunun bu görüntüsü gündəm oldu - VİDEO

Tarix: 2 Aprel 2024 12:38

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. 

Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb.

Xatırladaq ki, "Qarabağ" Juninyonu 2023-cü ildə Portuqaliyanın "Çaves" klubundan heyətinə qatıb. Braziliyalı bu mövsüm Premyer Liqada 17 qol vuraraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. Juninyo Avrokuboklarda Ağdam təmsilçisinin əsas qol silahına çevrilib. Futbolçu 2023/24 mövsümündə Avroliqada 10 oyun keçirərək 5 qol və bir məhsul ötürməyə imza atıb. 

Milli.Az


Etiketlər:  Qarabağın futbolçusunun bu görüntüsü gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ