Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsveçdə Qurani-Kərimi yandıran Salvan Momika ölü tapıldı

İsveçdə Qurani-Kərimi yandıran Salvan Momika ölü tapıldı

Tarix: 2 Aprel 2024 13:46

İsveçdə bir neçə dəfə Qurani-Kərim kitabını xalqın gözü qarşısında yandıran iraqlı qaçqın Salvan Momika Norveçdə ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Economic Times" nəşrində məlumat verilib.

Məlumata görə, iraqlı qaçqın və Quran tənqidçisi Salvan Sabah Matti Momika daha əvvəl İsveçin deportasiya əmrindən sonra Norveçdən sığınacaq istəyib.

Momikanın hərəkətləri qlobal səviyyədə hiddət doğurub və İsveçin NATO-ya daxil olmasını gecikdirib. O, ölkədən getməsinin səbəbi kimi, İsveç hakimiyyət orqanlarının onu təqib etdiklərini deyib.

"Momikanın ölümü, söz azadlığı və sığınacaq hüquqları ilə bağlı beynəlxalq müzakirələrə səbəb olan mübahisəli fiqurun sonu deməkdir", - deyə nəşr yazıb.

Milli.Az


Etiketlər:  İsveçdə Qurani Kərimi yandıran Salvan Momika ölü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ