Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çılpaq gecə”ni NATO təşkil edib - İlnitski

“Çılpaq gecə”ni NATO təşkil edib -  İlnitski

Tarix: 2 Aprel 2024 16:20

Rusiyalı məşhurların iştirakı ilə keçirilən "Çılpaq gecə" mərasimi ABŞ və NATO-nun mental təcavüz aktıdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib.

Onun sözlərinə görə, mərasimin məqsədi Rusiya cəmiyyəti və gəncliyini parçalamaq idi:

"Bu, heç də təsadüfi deyil, elitaların deqradasiyası ilə dövlətin və rus dünyasının məhv edilməsi texnologiyasının elementidir".

Qeyd edək ki, ötən ilin dekabrın 20-də bloger Nastya İvleyevanın təşkilatçılığı ilə keçirilən "Çılpaq gecə" mərasimi Rusiya ictimaiyyətində birmənalı qarşılanmamışdı. Gecədə iştirak edən Filipp Kirkorov, Lolita, Kseniya Sobçak kimi məşhurlar ciddi tənqidlərə məruz qalmışdı.


Etiketlər:  Çılpaq gecəni NATO təşkil edib İlnitski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ