Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA İntizam Komitəsindən cəza və cərimələr

AFFA İntizam Komitəsindən cəza və cərimələr

Tarix: 2 Aprel 2024 17:24

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

Misli Premyer Liqasında 28-ci turun "Səbail" - "Turan Tovuz" oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə "Turan Tovuz" 700 manat cərimə edilib.

Misli Premyer Liqasında 28-ci turun "Sumqayıt" - "Araz-Naxçıvan" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt"  700 manat cərimə edilib.

Misli Premyer Liqasında 28-ci turun "Sumqayıt" - "Araz-Naxçıvan" oyununun 90+2-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, "Sumqayıt" 1500 manat cərimə edilib.

Milli.Az


Etiketlər:  AFFA İntizam Komitəsindən cəza cərimələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ