Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda qadınlarla bağlı yeni qərar - Hər dördüncü şəxs...

Gürcüstanda qadınlarla bağlı yeni qərar - Hər dördüncü şəxs...

Tarix: 2 Aprel 2024 20:18

Gürcüstan hakimiyyəti qadınlar üçün kvotaları ləğv edən qanun layihəsini qəbul etmək niyyətindədir. Hakimiyyət hesab edir ki, qadınlar seçki siyahısına salınmalı idi. Respublikanın ombudsmanı yeniliyə qarşı çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyası "Girçi" partiyasının təşəbbüsü ilə seçki siyahısının yaradılmasında qadınlar üçün nəzərdə tutulan kvotaların ləğvi ilə razılaşıb. Bu kvotalara görə siyahıda hər dördüncü şəxs qadın olmalıdır.

Gürcü hüquq müdafiəçisi Levan İoseliani yeni qanun layihəsi barədə mənfi fikirlər səsləndirib. Onun fikrincə, bu, ayrı-seçkiliyə qarşı mühüm aspektdir.

"Gender kvotası mexanizmi qadınlara verilən imtiyaz deyil, qadınlara qarşı ayrı-seçkilikçi münasibətlərin aradan qaldırılması, stereotiplərlə mübarizə və beynəlxalq səviyyədə tanınmış öhdəliklərin yerinə yetirilməsi üçün mühüm vasitədir", - İoseliani qeyd edib.

Onun sözlərinə görə, demokratik ölkədə qadınların səsi nəzərə alınmalı, onlar qanunvericilik səviyyəsində eşidilməlidir.

Ombudsman xatırladıb ki, 2022-ci ildə respublika hakimiyyəti kvotaları bir il uzadıb və bununla da onların vacibliyini vurğulayıb.

Mövcud qanunvericiliyə görə, qarşıdan gələn parlament seçkilərində hər dördüncü namizəd qadın olmalıdır. Eyni zamanda, 2028-ci il seçkilərində hər üç namizəddən biri qadınlar olmalıdır.

Milli.Az


Etiketlər:  Gürcüstanda qadınlarla bağlı yeni qərar Hər dördüncü şəxs


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ