Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 07:16
Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudada zəlzələdən sonra Hualyan şəhərində bir sıra binalara ciddi ziyan dəyib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, TVBS telekanalı dağıntıların görüntülərini nümayiş etdirib.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə saat 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı 15,5 km dərinlikdə yerləşib.
Bundan əvvəl bildirilib ki, Tayvanın şərqində 5,4 mqanitudada daha dörd zəlzələ baş verib. Bu barədə adanın Meteoroloji Xidməti məlumat yayıb.