Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 09:36
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi" və "Qarabağ" arasında baş tutan ilk matçında insident yaşanıb.
Sonxeber.net sportinfo.az-a istinadla bildirir ki, söhbət "Neftçi"nin yarımmüdafiəçisi Qara Qarayevlə Ağdam təmsilçisinin ən böyük azarkeş qrupu olan "İmarət"in üzvləri arasında başverənlərdən gedir.
0:4 uduzan "ağ qaralar"ın "2 nömrə"si oyuna daxil olmaq üçün isinmə hərəkətlərinə yollanıb.
Burada isə gözləmədiyi mənzərə ilə qarşılaşıb.
18 il şərəfini qoruduğu klubun tərəfdarları onun ünvanına təhqir dolu təzahurat səsləndiriblər.
Qarşılaşdığı mənzərdən məyus olan Qarayev əsəbi halda qonaq tərəfdarlara reaksiya verib.