Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2019 13:36
Rusiya Futbol İttifaqı (RFİ) ölkə milli komandasının futbolçularına daxili qayda pozuntularına görə tətbiq olunacaq cərimələri açıqlayıb.
Qol.az Rusiya mətbuatına istinadən xəbər verir ki, millinin təlim-məşq toplanışı, RFİ, FİFA və UEFA tədbirlərində iştiraka gecikməyə görə cərimə 500 avro müəyyən edilib (üzürsüz səbəbə görə 750 avro).
Bundan başqa digər cəzalar isə aşağıdakı kimidir:
Millinin rəsmi tədbirində iştiraka gecikməyə görə cərimə - 1 min avro. Tədbirdə iştirak etməməyə görə 1250 avro.
Baş məşqçinin, məşqçilərin, RFİ rəhbərliyinin tapşırığını yerinə yetirməməyə görə 1,5 min avro. RFİ-nin sponsor müqaviləsin pozmağa görə 3 min avro.
Təlim-məşq toplanışı, məşqlər və iclas zamanı qeyri-idman davranışlara görə cərimə - 1,5 min avro.
Milli daxilində qadağan olunan xəbəri yaymağa görə cərimə - 3 min avro.
Cəmiyyət qarşısında etik və əxlaqi normaları pozmağa cərimə - 1,5 min avro.
Ciddi qayda pozuntusuna görə qırmızı vərəqə və təhqiramiz davranışa görə cərimə - 3 min avro.