Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2024 13:22
Paşinyanın reytinqi martda 8% təşkil edərək tarixi minimuma düşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Gallup International" sosioloji xidmətinin respublikadakı nümayəndəliyi məlumat yayıb.
"Əgər 2023-cü ilin yanvarında onun fəaliyyətini respondentlərin 13,8%-i, martda isə 16,2%-i müsbət qiymətləndiribsə, 2024-cü ilin martında respondentlərin yalnız 8%-i onun fəaliyyətini müsbət, 75%-i isə mənfi qiymətləndirib", - Gallup İnternational-ın Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan deyib.
Sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının 67%-i hesab edir ki, Paşinyan hökuməti Azərbaycanla ölkənin maraqlarına əsaslanacaq sülh müqaviləsi bağlaya bilmir.