Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən belə bunun fərqində deyiləm''

''Mən belə bunun fərqində deyiləm''

Tarix: 3 Aprel 2024 17:55

Müğənni İradə İbrahimovanın 45 yaşı tamam olub.

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bununla bağlı özü instaqramda paylaşım edib.

O, ad günü münasibətilə yazıb:

"Hər anın, günün çox dəyərli olduğunu öyrənmək bir az vaxt apardı. Amma sağ olsun 35-40 yaşlar arasında həyat hər anımızın, aldığımız nəfəsin çox dəyərli olduğunu böyük səbr və təcrübəylə öyrətməyə başladı. Mən də zövqlə, səbrlə, şükrlə yaşamağa çalışıram. Bilirsiniz, həyat insanı çox gözəl yonub hamarlayır. Özümdən bilirəm nə qədər çox dəyişdiyimi. Artıq insanlarla heç olmadığım qədər məsafəliyəm. Sevmədiyim insanlarla söhbətdən zövq almıram.Tez bağışlayıram, mübahisə yerinə səssiz qalıram. 

Qiymət bilməyənə qiymət vermirəm. Bir sözlə, iç hüzurumun, ağıl gücümün, sağlığımın xoşbəxtlik, ən böyük zənginlik olduğunu öyrəndim. Geriyə dönüb baxında isə vaxtın su kimi axıb keçdiyini görür insan. Həyat çox qısadır. Həyatı arzu etdiyiniz kimi yaşayın. Nə vaxt bu yaşa gəldim vallah, mən belə fərqində deyiləm. İpək 14, Ali 9, mən də bu gün etibarilə 45-ə ayaq basıram. Hər il onlarla bərabər ad günlərində özümü də təbrik edirəm, çünki ən çox da onlar böyüdükcə, böyüdüyümü hiss edirəm və böyüməyin gətirdiyi ağlı, sakitliyi, səssizliyi, "bu da keçər" deyə, bilməyi, ən çox da yaşın gətirdiyi ağlı sevirəm. Həyatıma girən, ürəyimə xoş gələn, gözəlləşdirən, gözəl olan, baxan, düşünən, niyyəti gözəl, sevgimi, səbrimi bəsləyən hər kəsə minnətdaram. Sağlıqla, gülə-gülə xərcləyəcəyimiz neçə gözəl baharlara, günlərə, illərə, inşallah".


Etiketlər:  Mən belə bunun fərqində deyiləm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ