Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müsəlman futbolçulara görə Premyer Liqa oyunu dayandırıldı - FOTO

Müsəlman futbolçulara görə Premyer Liqa oyunu dayandırıldı - FOTO

Tarix: 3 Aprel 2024 23:02

İngiltərə Premyer Liqasının 31-ci turunun matçında "Nyukasl" və "Everton" 1:1 hesabı ilə bərabərə qalıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ramazan ayında oruc tutan futbolçuların qida və su qəbul etmələri üçün oyun 20-ci dəqiqədə dayandırılıb. Afrikalı Amadou Onana, İdrissa Gueye, Abdoulaye Doucure və bir neçə başqa futbolçu oruclarını açıblar.

Qeyd edək ki, Fransadan fərqli olaraq İngiltərədə oyunlar zamanı futbolçuların oruclarını açmasına icazə verilir. Bu qərar hakimlərin ixtiyarına verilib. Daha əvvəl "Aston Villa" - "Vulverhempton" matçında da oruclu futbolçulara analoji fasilə elan edilib.

Heybət

Milli.Az


Etiketlər:  Müsəlman futbolçulara görə Premyer Liqa oyunu dayandırıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ