Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2024 23:05
Müğənni Ayan Babakişiyeva bir müddət əvvəl aldığı yeni "BMW XM" markalı dəbdəbəli avtomobilindən söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Günaylı gün" verilişində danışıb.
Babakişiyeva dəyəri 450 min manatlıq nəqliyyat vasitəsini öz qazancı ilə aldığını bildirib:
"Çox böyük arzum idi həmin markalı avtomobili almaq istəyirdim. Bu maşını mənə heç kim hədiyyə etməyib. Halal öz pulumla bu avtomobili aldım. Gözlədim ki, bu maşının 2023-cü il nüsxəsi çıxsın. Çıxan kimi də aldım".