Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə “Meymun herpesi”nə ilk yoluxma halı aşkarlandı

Bu ölkədə “Meymun herpesi”nə ilk yoluxma halı aşkarlandı

Tarix: 5 Aprel 2024 04:06

Honkonqda həkimlər ilk dəfə insanda herpes B virusuna ("meymun herpesi" də deyilir) yoluxma halını qeydə alıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Honkonq Səhiyyə Departamenti yanında Sağlamlığın Mühafizəsi Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, 37 yaşlı kişi martın 21-də səhhətinin pisləşməsi və hərarətin yüksəlməsi şikayətləri ilə xəstəxanaya daxil olub.

Aparılan analizlərin nəticəsində məlum olub ki, xəstə herpes B virusuna yoluxub.

Ailəsi bildirib ki, o, fevralın sonunda Honkonqdakı parkı ziyarət edərkən vəhşi meymunlarla təmasda olub. Yaxınlarının sözlərinə görə, heyvanlar ona xəsarət yetiriblər.

Kişi hazırda reanimasiya şöbəsindədir, onun vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az


Etiketlər:  Bu ölkədə Meymun herpesinə ilk yoluxma halı aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ