Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Savaşda erməniləri dəstəkləyən Tatulova ilə bağlı qərar

Savaşda erməniləri dəstəkləyən Tatulova ilə bağlı qərar

Tarix: 6 Aprel 2024 00:58

"Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm" deyən rusiyalı iş adamı Anastasiya Tatulova Rusiyada "xarici agent"lər siyahısına daxil edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi 44 günlük İkinci Qarabağ müharibəsi dövründə sosial şəbəkədə status yazaraq, maddi və mənəvi cəhətdən erməni tərəfini dəstəklədiyini bildirən "Anderson" kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı "xarici agent"lər siyahısına əlavə edib.

Qeyd edək ki, A.Tatulovanın 2020-ci ildə məlum statusundan sonra onunla franşiza müqaviləsi ilə Bakıda işləyən eyniadlı kafe əməkdaşlıqdan imtina edərək bağlanmışdı.

Milli.Az


Etiketlər:  Savaşda erməniləri dəstəkləyən Tatulova ilə bağlı qərar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ