Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 09:28
"Mən həm ruhən, həm də pullarımla ermənilərin tərəfindəyəm" deyən rusiyalı iş insanı Anastasiya Tatulova Rusiyada "xarici agent"lər siyahısına daxil edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi "Anderson" kafelər şəbəkəsinin rəhbəri Anastasiya Tatulovanı həmin siyahıya əlavə edib.
Qeyd edək ki, A.Tatulovanın 2020-ci ildə məlum statusundan sonra onunla franşiza müqaviləsi ilə Bakıda işləyən eyniadlı kafe əməkdaşlıqdan imtina edərək bağlanıb.