Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2024 11:46
Ermənistanda respondentlərin 98,5 faizi Azərbaycanı düşmən dövlət sayır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu, ABŞ-nin "Gallup" Beynəlxalq Sosial-Araşdırmalar Mərkəzinin Ermənistanda keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Bundan başqa, respondentlərin 93,2 faizi Türkiyəni də dost olmayan dövlət adlandırıb.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 29,7 faizi Rusiyanı dost ölkə hesab edir. Onların 43 faizi isə bu ölkəni Ermənistanın dostu olmayan dövlət sayır.
Respondentlər aşağıdakı ölkələri Ermənistanın dostu kimi qiymətləndiriblər: Fransa (78,1 faiz), Hindistan (68,5 faiz), İran (57,8 faiz).