Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreyanın ikinci kəşfiyyat peyki hədəf orbitinə daxil olub

Cənubi Koreyanın ikinci kəşfiyyat peyki hədəf orbitinə daxil olub

Tarix: 8 Aprel 2024 08:30

Amerikanın "SpaceX" şirkətinin "Falcon 9" raketi Cənubi Koreyanın ikinci kəşfiyyat peykini orbitə çıxarıb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Koreya Respublikası Silahlı Qüvvələrinin ikinci hərbi kəşfiyyat peyki təxminən saat 09:02-də (Bakı vaxtı ilə 04:02) raketdən uğurla ayrılaraq hədəf orbitinə daxil olub", - nazirlikdən bildirilib. Plana görə, saat 09:11 radələrində peyk xarici yerüstü stansiya ilə əlaqə yaratmalı idi.

"Falcon 9" raketi Con Kennedi adına Kosmik Mərkəzdən ABŞ-nin Florida ştatında yerli vaxtla aprelin 7-də, Seul vaxtı ilə aprelin 8-də saat 08:17-də (Bakı vaxtı ilə aprelin 8-i saat 03:17-də) buraxılıb.

"Yonhap" qeyd edir ki, peykin texniki avadanlığı ona hava şəraitindən asılı olmayaraq məlumat toplamağa imkan verir. Ümumilikdə Seul 2025-ci ilə qədər beş kəşfiyyat aparatı buraxmağı planlaşdırır, bu, iki saatlıq fasilələrlə KXDR-in müşahidəsini təmin edəcək.


Etiketlər:  Cənubi Koreyanın ikinci kəşfiyyat peyki hədəf orbitinə daxil olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ