Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dünya qarşısında biabır olduq” - “Qalatasaray” prezidenti

“Dünya qarşısında biabır olduq” - “Qalatasaray” prezidenti

Tarix: 8 Aprel 2024 13:36

"Qalatasaray" prezidenti Dursun Özbek Türkiyə Superkubokunun yarımçıq qalan matçından sonra jurnalistlərə danışıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, ölkə futbolunun biabırçı duruma düşdüyünü bildirib: 

"Üzülərək demək istəyirəm ki, bu durumu gözləmirdik. Şanlıurfadakı azarkeşlərə derbi izlətməkdənsə, mənasız şeylər yaşadıq. Çox önəmli kubokdur və 100 illiyə həsr edilmişdi. Burdan gələn gəlirlər də zəlzələ qurbanları üçün sərf olunacaqdı. Dünya qarşısında biabır olduq. "Fənərbaxça" və "Qalatasaray" kimi klubların vəzifəsi daha böyükdür. Tarixə biabırçı şəkildə düşən bir finaldır. Nə rəqibə, nə də bizə yaraşmadı".

Qeyd edək ki, bu addıma səbəb "Fənərbaxça" prezidenti Ali Koçun Türkiyə futbolunun idarəçilərinə etiraz etməsidir. O, hakim təyinatlarına və "Trabzonspor" oyununda baş verənlərə görə Türkiyə Futbol Federasiyasına etirazını bu şəkildə bildirib.

Milli.Az


Etiketlər:  Dünya qarşısında biabır olduq Qalatasaray prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ