Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2024 16:10
Almaniya hökuməti TikTok sosial şəbəkəsində hesab yaradıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniya hökuməti "@TeamBundeskanzler" kanalında izləyiciləri ölkə Kansleri Olaf Şoltsun fəaliyyəti barədə məlumatlandırmaq niyyətindədir.
Bildirilir ki, izləyicilər sözügedən kanal vasitəsilə kanslerin və federal hökumətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanına sahib olacaq.
Şolts məsələ ilə bağlı öz "X" hesabında paylaşım edərək TikTokda rəqs etməyəcəyini vəd edib: "Rəqs etməyəcəyəm. Söz verirəm".