Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək

Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək

Tarix: 8 Aprel 2024 21:46

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeni beynəlxalq hava limanı tikiləcək.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1,2 milyard dollara başa gələcək. Genişləndirmə gələcək inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19 milyon sərnişinə çatdıracaq.

"Mövcud hava limanının tutumu illik təxminən 4-4,5 milyon sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var, ziyarətçilərin yüksək artımı gözlənilir ki, bu da infrastruktur sayəsində asanlaşdırılmalıdır. Bizim iki variantımız var idi - mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini tikmək", - deyə İ.Kobaxidze qeyd edib.


Etiketlər:  Tbilisidə yeni beynəlxalq hava limanı tikiləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ