Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malidə 250 nəfər həyatını itirdi - dəhşətli ölüm səbəbi

Malidə 250 nəfər həyatını itirdi - dəhşətli ölüm səbəbi

Tarix: 9 Aprel 2024 10:16

Malidə son həftələrdə davam edən anomal istilər təkcə paytaxt Bamakoda 100-dən çox insanın ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə və Sosial İnkişaf Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, ölkə ərazisində istidən ölənlərin ümumi sayı 250 nəfərə çatıb.

O da bildirilib ki, ən yüksək temperatur ölkənin cənub-qərbində qeydə alınıb. Burada havanın hərarəti 48,5 dərəcə təşkil edib. Bu isə Afrika regionu tarixində aprel ayı üçün qeydə alınan ən yüksək göstəricidir.

Meteoroloqlar bunu normadan artıq isti hava kütləsinin regiona daxil olması ilə əlaqələndirirlər. Qeyd olunur ki, bu hal özünü iyul ayınadək aktiv şəkildə göstərəcək. Sonra isə temperatur tədricən enməyə başlayacaq.

Milli.Az


Etiketlər:  Malidə 250 nəfər həyatını itirdi dəhşətli ölüm səbəbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ