Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İŞİD-dən növbəti terror TƏHDİDİ: Bu stadionlar HƏDƏFDİR

İŞİD-dən növbəti terror TƏHDİDİ: Bu stadionlar HƏDƏFDİR

Tarix: 9 Aprel 2024 15:56

İŞİD terror təşkilatı yaydığı növbəti mesajda Çempionlar Liqasının 1/4 final oyunlarından birində meqa-terror aktı törətməklə hədələyib. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə qruplaşmaya bağlı "Əl-Əzaim" nəşri məlumat yayıb.

Terrorçular "Hamısını öldürün" sözləri və 1/4 final oyunlarının keçiriləcəyi stadionların adları ilə şəkil yayımlayıblar: Madriddəki "Santyaqo Bernabeu" və "Metropolitano", Londondakı "Emirates" və Parisdəki "Park de Prens" stadionları.

Xatırladaq ki, İŞİD terrorçuları sonuncu terror aktını martın 22-də Moskvanın "Crocus Siti Holl"unda törədiblər. Kamuflyaj geyinmiş bir neçə silahlı şəxs içəri girərək avtomat silahlardan tamaşaçılara atəş açıb. Terror aktı nəticəsində 143 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

Madrid hakimiyyəti bu həftə İspaniyanın paytaxtında Çempionlar Liqasının iki oyunu öncəsi təhlükəsizlik tədbirlərini aktivləşdirib. Hər iki qarşılaşma, "Real" - "Mançester Siti" və "Atletiko" - "Borussiya" (Dortmund), zorakılıqla mübarizə komissiyası tərəfindən yüksək riskli hesab edilib və 3000-dən çox təhlükəsizlik işçisi yerləşdiriləcək. Qarşılaşmaya 8000-ə yaxın "Mançester Siti" və "Borussiya" azarkeşlərinin gəlməsi gözlənilir.

"Real" bu gün "Santyaqo Bernabeu"da "Mançester Siti" ilə qarşılaşacaq, "Atletiko" isə çərşənbə günü "Sivitas Metropolitano"da "Borussiya"nı qəbul edəcək.

Bundan əlavə, bu gün Londondakı "Emireyts" stadionunda "Arsenal" və "Bavariya", sabah isə Fransanın paytaxtı "Park des Prens"də "Barselona" PSJ ilə qarşılaşacaq.


Etiketlər:  İŞİD dən növbəti terror TƏHDİDİ stadionlar HƏDƏFDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ