Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 20:48
Braziliyalı futbolçu Neymar sosial şəbəkələrdə qiyməti 260 min avrodan yuxarı olan saatını nümayiş etdirib və bu eksklüziv modelin dünyada cəmi 101 nüsxəsi var.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu Jacob & Co saatıdır və Casino Tourbillon adlanan model 1960-cı illərin Monte-Karlo kazinosundan ilhamlanıb. Saatın fərqli xüsusiyyəti, rulet çarxına istinad edən perimetr ətrafında 37 nömrələnmiş pəncərədir.
Lakin bu saatı dəbdəbəli zinət əşyasına çevirən təkcə dizayn deyil. Saat 18 karat qızıldan hazırlanıb və üç bara qədər suya davamlıdır.
Neymar modaya və bahalı aksesuarlara olan sevgisini gizlətmir. "Əl-Hilal" futbolçusu sosial şəbəkədə dəbdəbəli həyat tərzini nümayiş etdirməyi sevir. Bu ilin əvvəlində o, 123.000 avro dəyərində brilyant qaşlı qadın "Rolex" saatını nümayiş etdirib.
Braziliyalı ötən yay PSJ-dən "Əl-Hilal"a keçsə də, yeni klubunda cəmi 3 oyuna çıxıb. O, dünya çempionatının seçmə mərhələsində Uruqvaya qarşı keçirilən oyunda çarpaz bağını cırıb və mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda qalıb.