Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2024 10:12
Kanada, Almaniya və ABŞ-dən olan beynəlxalq astronomlar qrupu Süd Yolunun indiyə qədər tapılmış ən yüngül peyk qalaktikasını kəşf ediblər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yeni ulduz sistemi "Böyük Ayı III/Soyuz 1" (UMa3/U1) adlandırılıb. O, Günəşdən təxminən 30 min işıq ili uzaqlıqda, Böyük Ursa bürcündə yerləşir.
UMa3/U1 cəmi 60 ulduzdan ibarətdir və onun kütləsi Günəşin kütləsindən cəmi 16 dəfə çoxdur.
Müqayisə üçün qeyd edək ki, Süd Yolu qalaktikamızın kütləsi əsas ulduzumuzun kütləsindən təxminən 1,5 trilyon dəfə çoxdur.