Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis hər yerdə bu qızı axtarır - FOTO

Polis hər yerdə bu qızı axtarır - FOTO

Tarix: 10 Aprel 2024 11:18

Şəkidə 16 yaşlı qız itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlar və barəsində məlumatı olanlar DİN-in "102" xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verə bilərlər.

Milli.Az


Etiketlər:  Polis hər yerdə bu qızı axtarır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ