Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qərblə əməkdaşlığımız İrana qarşı deyil”

“Qərblə əməkdaşlığımız İrana qarşı deyil”

Tarix: 10 Aprel 2024 15:34

"İranla münasibətlər təbii mənfəətlər üzərində qurulub və bu da münasibətlərimizə xüsusi xarakter qazandırır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. O, Ermənistanın Brüsellə əməkdaşlığını rəsmi Tehranla münasibətlər hesabına inkişaf etdirmədiyini, bu amildən istifadə edilmədiyini deyib:

"Biz Qərblə əməkdaşlıqda İranla münasibətlərə qarşı olmamışıq, etmirik və etməyəcəyik", - o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ermənistan, ABŞ və Aİ-nin Brüssel görüşünü şərh edərkən bildirib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir. O, iqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Milli.Az


Etiketlər:  Qərblə əməkdaşlığımız İrana qarşı deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ