Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Benzia mükafatın bir addımlığında

Benzia mükafatın bir addımlığında

Tarix: 10 Aprel 2024 19:26

Ayın ən yaxşı əlcəzairli futbolçusunun adı bəlli olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Qaraabğ"ın futbolçusu Yassin Benzia mart ayı üçün "Fennec du mois" mükafatı üçün keçirilən səsvermədə ikinci yeri tutub.

Ən yaxşı adına isə Rayan Ayt Nuri sahib çıxıb. İngiltərədə "Vulverhempton"un və Əlcəzair millisinin üzvü səslərin 64 faizini toplayıb.

Benziaya azarkeşlərin 32 faizi səs verib. Üçüncü olan Anis Hac Musa cəmi 4 faiz səslə kifayətlənib.

Qeyd edək ki, Yassin ötən ay Əlcəzair millisində üç qol vurub.

Milli.Az


Etiketlər:  Benzia mükafatın bir addımlığında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ