Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

44 yaşlı qadın sadə üsulla 53 kq arıqladı

44 yaşlı qadın sadə üsulla 53 kq arıqladı

Tarix: 10 Aprel 2024 20:21

44 yaşlı Reyçel Daun hamiləlikdən sonra iki il ərzində 53 kiloqram arıqlamağa müvəffəq olub.

Sonxeber.net publika.az-a istinadla xəbər verir ki, qadının bu barədə hekayəsi "Daily Star" nəşr olunub.

2016-cı ildə qadın ikinci övladını dünyaya gətirib və çəkisi 95 kiloqrama çatıb. Daun əvvəllər də kök olub, lakin ikinci hamiləliyindən sonra daha da kökəlib. O, etiraf edib ki, artıq çəkisi səbəbindən özünü narahat hiss edib və bəyəndiyi heç nəyi geyinə bilməyib.

"Çəki ilə bağlı həqiqətən təşvişə düşmüşdüm və oğluma hamilə olanda o qədər şişmişdim ki, nişan üzüyünü taxa bilmirdim", - qadın bildirib.

O, üç il arıqlamağa çalışsa da, ciddi bir nəticə əldə edə bilmədiyini vurğulayıb. Bundan əlavə, hər iki hamiləlik zamanı qadın ağır xəstə olub və antibiotik qəbul edib. Onda bütün qidalar qrupuna qarşı intolerans inkişaf edib, həzmi pisləşib və çəkisi sürətlə artıb. Nəticədə Daun aşkar edib ki, sadə yeməklər - ət bulyonu və kefir orqanizmdə iltihabi prosesləri yavaşlatmağa və tez arıqlamağa kömək edir.

O, tərəvəz, kinoa toxumu, avokado, qoz-fındıq və kakos ilə ağ ət və ya balıq supu pəhrizinə keçib. Kefirlə yanaşı quru meyvələr də yeyib. Nəticədə, iki ay yarım ərzində 16 kiloqram arıqlamağı bacarıb. Daun bütün bu müddət ərzində çəkisini ölçmədiyini də etiraf edib və bildirib ki, bu qədər çəki itirmək özünə də sürpriz olub.

Qadın özü tərtib etdiyi pəhrizə riayət etməyə davam edib və iki il ərzində 53 kiloqram arıqlayıb. "İndi özümü gəncliyimdən daha yaxşı hiss edirəm. Təbii məhsullar və kefir ilə bulyon yeməyə davam edirəm. Dərim, dırnaqlarım və saçlarım heyrətamiz görünür və həzmim əladır", - Daun bildirib.

"İnsanlar mənim dəyişiyikliyimə və xüsusən də sağlamlığımı nə qədər tez bərpa etdiyimə heyran qaldılar" , - hazırda itlər üçün məhsul istehsal edən iki şirkətin sahibi olan qadın yeunda vurğulayıb.


Etiketlər:  yaşlı qadın sadə üsulla arıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ