Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2024 21:45
"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səsi olmayanların məşhur olduğunu bildirib:
"Yalan ayaq tutar, amma yeriməz!". Təsəvvürünüzə gətirin ki, səsi olmayanlar dəbdədir. "Do", "sol" səsi olanlar çox məşhurdurlar, buna musiqi dilində kvinta deyirlər. Amma gözəl muğam oxuyan uşaqlarımız var. Qarğanın, bülbülün də səsi var. Allah insana da səs verib, amma bu o demək deyil ki, hamı oxumalıdır. Bizdə isə səsi olan da, olmayan da oxuyur. Bir axara düşüb gedirlər".