Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2024 13:28
Malayziyanın Saravak əyalətinin Lundu şəhəri yaxınlığında sahildə naməlum məxluqun çürümüş cəsədi tapılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun haqqında Mülki İmperiya Xidmətinə də məlumat verilib.
Tapıntı yerli sakinlər arasında böyük marağa səbəb olub. Sosial şəbəkələrdə onun görüntüsü paylaşılıb. Kadrlar geniş müzakirələr doğurub.
Alimlər heyvanın mənşəyini araşdırırlar.
Qeyd edək ki, identifikasiyası çətin olan dəniz heyvanlarının belə qalıqlarına "qlobsterlər" deyilir.