Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” geriləyib

“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” geriləyib

Tarix: 12 Aprel 2024 16:04

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunub. "Qarabağ" 293 xalla siyahıda 65-cidir. Qurban Qurbanovun yetirmələri Avropadakı mövqeyini qoruyub.

"Neftçi" 27 xalla 240-cıdır. Bakılılar 3 addım geriləyib.

"Sabah" 20 xalla 262-ci pillədədir. Paytaxt təmsilçisi 3 pillə irəliləyib. 5 xalla 362-cı yerdə olan "Qəbələ" 1 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 2451 xala malik "Real" başçılıq edir.

Milli.Az


Etiketlər:  Qarabağ mövqeyini qoruyub Neftçi geriləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ