Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu xəstəxanada 3 günə 20 nəfər öldü

Bu xəstəxanada 3 günə 20 nəfər öldü

Tarix: 12 Aprel 2024 16:44

Rumıniyanın Buxarest məhkəməsinin prokurorluğu üç gün ərzində Müqəddəs Panteleimon xəstəxanasında reanimasiyada olan 20 xəstənin ölümü ilə bağlı cinayət işi açıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ölümə səbəb dərmanların təyin edilməsində səhv olub.

Buxarest məhkəməsinin prokurorluğu adam öldürmə maddəsi ilə cinayət işi açıb. Məlumata əsasən, aprelin 4-dən aprelin 7-dək Müqəddəs Panteleimon xəstəxanasının reanimasiya şöbəsində 20 nəfər dünyasını dəyişib. Ölüm norepinefrin dozasının azalması səbəbindən baş verib.

Bu məlumatın xəstəxananın özündə də təsdiqləndiyi deyilir. Tibb müəssisəsinin nümayəndələri özlərinin yoxlama apardıqlarını qeyd ediblər. Digər məsələlərlə yanaşı, Rumıniya Səhiyyə Nazirliyi də araşdırma aparır.

Milli.Az


Etiketlər:  Bu xəstəxanada 3 günə 20 nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ