Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəzakət: "Ona bənzəmək istəyirəm"

Nəzakət:

Tarix: 12 Aprel 2024 18:10

"Çox əfsuslar olsun ki, bayağılıq təbliğ olunur. Biz gözümüzü açanda Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızla musiqi zövqümüzü püxtələşdirmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib deyir ki, "Ona bənzəmək istəyirəm". Deyirəm ki, qızım, niyə? O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq".

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.

Sənətkar bildirib ki, bayağı ifaçıların və bayağı mahnıların sürətlə populyarlaşmasında ən böyük səbəbkar efirlər və verilişlərdir:

"Muğam yeri ayrı, efir yeri ayrıdır. Biz bəstəkar mahnıları, xalq mahnıları ifa edirik. Simaları ilə bədənlərini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır".

Milli.Az


Etiketlər:  Nəzakət Ona bənzəmək istəyirəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ