Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərb Qafqazda razılaşmaları pozmağa çalışır - Lavrov

Qərb Qafqazda razılaşmaları pozmağa çalışır - Lavrov

Tarix: 12 Aprel 2024 18:54

Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazir Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"ABŞ və əlaltıları Cənubi Qafqazda vəziyyətin sabitləşməsi ilə bağlı razılaşmaları pozmağa çalışır, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların reallaşdırılmasını istəmirlər", - Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Qərb həmçinin, aktiv şəkildə Mərkəzi Asiyaya daxil olmağa çalışır:

"Onlar açıq-aşkar Rusiya Federasiyasını hədəfləyən müxtəlif formatlar yaradır. Strateji planda Qərbin xətti uğursuzluğa məhkumdur".

Milli.Az


Etiketlər:  Qərb Qafqazda razılaşmaları pozmağa çalışır Lavrov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ