Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2024 15:20
Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:
"Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqlar gedir. Ad günümdə özüm-özümə həyəcan yaşadıram".
Dilarə biletlərin baha-olub olmayacağı ilə bağlı suala belə reaksiya verib:
"Niyə ucuz olsun ki? Xahiş edirəm, imkanı çatanlar gəlsin".