Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Fidan Entoni Blinkenlə telefon danışığı aparıb

Hakan Fidan Entoni Blinkenlə telefon danışığı aparıb

Tarix: 14 Aprel 2024 21:20

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Təmaslar zamanı İranın İsrailə qarşı hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Türkiyəli nazir regionda böhranın genişlənməsi və yayılması ehtimalından Ankaranın narahat olduğunu vurğulayıb.

"Nazir Fidan Türkiyənin Qəzzada böhran başlayandan bəri regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib. Problemin kökündə Qəzzada müharibənin olduğunu bildirən nazir Fidan təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılmasının lazım olduğunu, əks halda böhranın böyüməyə davam edəcəyini xatırladıb. O, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələrin ən doğru mesajları verməli olduğunu ifadə edib", - mənbələr qeyd edib.


Etiketlər:  Hakan Fidan Entoni Blinkenlə telefon danışığı aparıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ