Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 14:30
Rusiyanın keçmiş Baş prokuroru Valentin Stepankovun oğlu Denis Moskvanın mərkəzindəki mənzildə ölü tapılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, 47 yaşlı Denis Stepankovun ölümü kriminal xarakter daşımır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Valentin Stepankov Rusiya Federasiyasının 1991-1993-cü illərdə ilk Baş prokuroru olub.