Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erdoğan 25 yaş kiçik sevgilisini məhkəməyə VERDİ

Erdoğan 25 yaş kiçik sevgilisini məhkəməyə VERDİ

Tarix: 16 Aprel 2024 13:44

Yılmaz Ərdoğan, sevgilisi olduğu deyilən Cansu Taşkını və bacısını məhkəməyə verib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, ötən həftə məşhur aktyor və rejissor Yılmaz Ərdoğanın Cansu Taşkınla birlikdə olduğu iddia edilib və cütlüyün səmimi görüntüləri paylaşılmışdı.
 
Aktyor, həmin görüntülərin Cansu Taşkının bacısı Elif Vurğun tərəfindən gizli çəkildiyini iddia edib.

Yılmaz Ərdoğanın özündən 25 yaş kiçik sevgilisi ilə səmimi görüntüləri - VİDEO
 
Türk mətbuatının veriyi məlumata görə, Yılmaz Ərdoğan vəkilinə görüntülərlə bağlı məhkəməyə müraciət etməyi tapşırıb. Ötən avqust ayında qonaq olaraq Ərdoğanın fermasına gedən bacıların, görüntüləri "xatirə saxlamaq" üçün çəkdiklərini, daha sonra Ərdoğanın xəbəri olmadan sosial mediada paylaşdıqları məlum olub. Aktyorun açıqlamasına görə Taşkınla arasında olan yaxınlaşma heç bir münasibətə çevrilməyib. Sonrakı tarixlərdə Ərdoğan Taşkının israrlı zənglərinə və mesajlarına cavab verməyib.
 
Bu vəziyyətdən sonra Taşkın fevral ayında mətbuata Yılmaz Ərdoğanla münasibəti ilə bağlı iddialar təqdim edib. Görüntülərin sosial şəbəkədə yayımlanmasından sonra Ərdoğanın çox qəzəbləndiyi və vəkillərinə Türkiyə Cəza Məcəlləsinin 134-cü maddəsi ilə bu iki şəxsə qarşı iddia qaldırmağı tapşırdığı öyrənilib.

Milli.Az


Etiketlər:  Erdoğan 25 yaş kiçik sevgilisini məhkəməyə VERDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ