Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli fenomen azərbaycanlı reperi məhkəməyə verdi - FOTO

Türkiyəli fenomen azərbaycanlı reperi məhkəməyə verdi - FOTO

Tarix: 16 Aprel 2024 16:45

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli reper Əlizadəni məhkəməyə verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib.

Belə ki, verilişin aparıcısı İbrahim Tilaver Berkcan Güvenə "Əlizadə sənə necə fırıldaq gəldi?" sualını verib. Gülməyə başlayan Güven birlikdə hazırladıqları mahnıların məhkəməlik olduğunu deyib və əlavə edib:

"Mahnılar hazırda məhkəmədədir, haqlarında xeyirlisi olsun, yolları açıq olsun".

Qeyd edək ki, Berkcan Güven və Əlizadənin "Kalbin bana kaldı" və "24/7" adlı iki mahnısı var.

Məşhur reper Əlizadə hazırda Almaniyada yaşayan tanınmış türkiyəli reper Ezhellə yaxınlığı ilə diqqət çəkir.

Milli.Az


Etiketlər:  Türkiyəli fenomen azərbaycanlı reperi məhkəməyə verdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ