Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlon Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib

İlon Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib

Tarix: 17 Aprel 2024 06:54

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri, milyarder İlon Mask son üç ildə 7 milyondan çox qeyri-qanuni miqrantın ölkəyə daxil olmasına imkan verən ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Özüm bir mühacir olaraq, qanuni immiqrasiyaya çox müsbət baxıram, lakin milyonlarla yoxlanılmamış insanın ABŞ-a girməsinə icazə vermək ağılsızlıqdır", - deyə Mask qeyd edib.

Mask qeyd edib ki, son üç il ərzində ABŞ-a daxil olan qeyri-qanuni miqrantların sayı (7,2 milyon - Qeyd) Amerikanın 36 ştatının əhalisini üstələyir.

Milli.Az


Etiketlər:  İlon Mask ABŞ hakimiyyətinin miqrasiya siyasətini tənqid edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ