Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 10:24
"Neftçi"nin futbolçusu Reziuan Mirzov mövsümün sonunda Bakı klubundan ayrıla bilər.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, müqaviləsi bitəcək 30 yaşlı vinger Azərbaycanda qalmaqda maraqlı deyil.
O, artıq Rusiya Premyer Liqa klublarından təkliflər də alıb. Mirzov özü də vətəninə qayıtmaq arzusundadır.
Qeyd edək ki, müqaviləsi iyunun 30-da başa çatacaq futbolçu "Neftçi"də 27 oyuna çıxıb və bir qol vurub.