Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Tarix: 17 Aprel 2024 17:12

Prezident İlham Əliyev "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının "Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Etiketlər:  Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ