Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kuleba Blinkenlə görüşdü

Kuleba Blinkenlə görüşdü

Tarix: 18 Aprel 2024 14:32

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna XİN rəhbəri "X" hesabında bildirib.

Dmitri Kuleba bildirib ki, görüşdə ən qısa zamanda Ukraynaya daha çox "Patriot" hava hücumundan müdafiə sistemləri və raketləri çatdırmaq üçün birgə qlobal səylər müzakirə olunub.

"Mən dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsində verdiyi dəstək səylərini yüksək qiymətləndirirəm. Hər ikimiz ABŞ Konqresinin Ukraynaya əlavə yardım paketini qəbul etməsinin təcili olduğunu vurğuladıq", - Kuleba qeyd edib.

O əlavə edib ki, bu, Ukraynaya insanların həyatını xilas etməyə və döyüş meydanındakı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək.

Milli.Az


Etiketlər:  Kuleba Blinkenlə görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ