Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı - "Gördünüzmü?..."

Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı -

Tarix: 18 Aprel 2024 20:50

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. 

O, həmçinin ötən gün vəfat edən sabiq deputat Hadı Rəcəblidən də söz açıb:

"Həyat bu nəfəs qədərdir. Anidən gedə bilərsiniz. Məsələn, Hadı Rəcəbli günlər əvvəl mənə salam göndərmişdi. O, özünə baxan, daim müayinələrinə gedən, idmanını edən, gəzintiyə çıxan sağlam insan idi. Gördünüzmü? Ani ölümlər var. Bu həyatda sadəcə sevgini, mərhəməti paylaşın".

Milli.Az


Etiketlər:  Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı Gördünüzmü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ