Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacı Nuran "Pusu"nun aktyoruna "Bugatti" alıb? - VİDEO

Hacı Nuran

Tarix: 19 Aprel 2024 15:40

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, məşhurla Bakıda bir araya gələn Hacı Nuran sənətçiyə "Bugatti" avtomobilini hədiyyə edib. 

Məmmədov lüks markalı nəqliyyat vasitəsinin sükanı arxasından düşən Halil İbrahimlə əl-ələ salamlaşdıqdan sonra "Bu, sizə kiçik hədiyyəmdir" sözlərini dilə gətirib. Türkiyəli məşhur isə təşəkkürünü bu sözlərlə ifadə edib: 

"Bu hədiyyə ilə həqiqətən də məni utandırdın. Bu avtomobilin bir də qarasını mənə hədiyyə edərsən. İkinci avtomobil qara olsun". 

Milli.Az


Etiketlər:  Hacı Nuran Pusunun aktyoruna Bugatti alıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ